Uşağınızın inkişafını izləmək və sağlamlığını qorumaq üçün müntəzəm müayinələrə gəlməyiniz vacibdir. Bundan əlavə, hər hansı bir xəstəlik, narahatlıq və ya dəyişiklik hiss etdikdə dərhal mənə müraciət edin.
Peyvəndlər uşağın yaşına və təyin olunmuş cədvələ əsasən tətbiq olunur. Övladınız üçün uyğun peyvənd cədvəlini öncədən təyin edirəm.
Uşağınızın yaşına uyğun düzgün qidalanma planı hazırlamağınıza kömək edirəm. Vitamin və mineralların balansını təmin etmək üçün müvafiq qida və pəhrizlər barədə də məlumat verirəm.
Əməliyyatsız qulaq şəkilləndirmə, qulaqların forma və ölçüsünü tənzimləmək üçün cərrahiyyə əməliyyatı etmədən tətbiq edilən qeyri-invaziv bir prosedurdur. Bu, xüsusi cihaz və metodla həyata keçirilir.
Əməliyyatsız qulaq şəkilləndirmə proseduru körpənin ilk 2 aylığına qədər tətbiq olunur. Ona görə erkən müraciət etməlisiniz.
Əməliyyatsız qulaq şəkilləndirmə prosesi ağrısızdır. Yüngül bir narahatlıq hissi ola bilər, lakin heç bir kəsilmə və ya ciddi ağrı yaşanmaz.