Xidmətlər

Pediatrik konsultasiya

Uşağınızın sağlam böyüməsi üçün məsləhətlərimə əməl edin! Pediatrik konsultasiya zamanı övladınızın ümumi sağlamlıq vəziyyətini qiymətləndirir, suallarınızı cavablandırır və ən doğru baxım üsulları haqqında tövsiyələr verirəm.
Ətraflı

Mütəmadi müayinələr

Övladınızın inkişafını izləmək və erkən müdaxilə üçün mütəmadi pediatrik müayinələr vacibdir. Bu müayinələr zamanı boy, çəki, reflekslər və ümumi sağlamlıq göstəricilərini yoxlayır və məlumatlandırıram.
Ətraflı

Peyvənd xidməti

Sağlam gələcək üçün vacib addım! Yaşa uyğun peyvənd cədvəlinə əsasən uşaqlarınız üçün təhlükəsiz peyvəndlər təklif edirəm. Hər bir peyvənd uşağınızı ciddi infeksiyalardan qorumağa kömək edir.
Ətraflı

Qulaq şəkilləndirmə

Qulaq şəkilləndirmə proseduru ilə körpənizin deformasiyaya uğramış qulağını düzəldirəm! Bu prosesi körpənin ilk 2 ayında əməliyyatsız, ağrısız bir formada silikon qəlibləmə aparatı vasitəsilə həyata keçirirəm.
Ətraflı

Yenidoğan müayinəsi

Yenidoğan müayinəsində körpənin həyatının ilk həftə və aylarında çəkisini, boyunu və reflekslərini yoxlayır, qidalanma, yuxu və gündəlik baxımla bağlı suallarınızı cavablandırıram.
Ətraflı

Qidalanma məsləhəti

Uşağınızın yaşına, çəkisinə və ehtiyaclarına uyğun qidalanma planı qurmağa kömək edirəm: körpə qidalanması, əlavə qidaya keçid, gündəlik rejim və iştahsızlıq barədə məsləhətlər verirəm.
Ətraflı