Dr. Emiliya Əfəndiyeva — Pediatr

Həkim qəbuluna yazılmaq üçün

CranioWell

Körpələrdə əməliyyatsız qulaq şəkilləndirmə

Körpələrdə qulaq şəkil pozğunluqlarının CranioWell silikon qəlibləmə aparatı ilə əməliyyatsız və ağrısız düzəldilməsi.

CranioWell haqqında
Nəticə — öncə
Öncə
Nəticə — sonra
Sonra
Niyə mən?

Etibarlı və qayğıkeş yanaşma

Təcrübəli pediatr

0-18 yaşlı uşaqlar üçün ixtisaslaşmış, pediatrik xidmətlər təqdim edirəm.

Hərtərəfli tibbi xidmətlər

Profilaktik müayinələrdən tutmuş xəstəliklərin diaqnozu və müalicəsinə qədər dəqiq və etibarlı xidmət göstərirəm.
Dr. Emiliya Əfəndiyeva

Valideynlərə dəstək

Qidalanma, yuxu və gündəlik qayğı ilə bağlı suallarınıza cavab verir, yaşa uyğun fərdi tövsiyələr edirəm.

Qulaq şəkilləndirmə

2 ayından kiçik körpələrdə qulaq deformasiyalarının ağrısız, qansız və kəsiksiz düzəldilməsi.
Suallarınız var? WhatsApp-da yazın
Yazın
Hər uşaq üçün fərdi yanaşma

Övladınızın sağlamlığı mənim əsas prioritetimdir

Uşaqların sağlamlığı sadəcə bir iş deyil, bu, mənim üçün bir missiyadır. Hər bir uşağa fərdi yanaşma ilə diqqət göstərir, valideynlərin güvənini qazanmağı ən böyük uğur hesab edirəm. Övladınızın sağlam, xoşbəxt və təhlükəsiz böyüməsi üçün bütün bilik və təcrübəmi sərf edirəm.
Xidmətlər

Uşağınızın sağlam böyüməsinə yönəlmiş pediatrik xidmətlər

Pediatrik konsultasiya

Uşağınızın sağlam böyüməsi üçün məsləhətlərimə əməl edin! Pediatrik konsultasiya zamanı övladınızın ümumi sağlamlıq vəziyyətini qiymətləndirir, suallarınızı cavablandırır və ən doğru baxım üsulları haqqında tövsiyələr verirəm.
Ətraflı

Mütəmadi müayinələr

Övladınızın inkişafını izləmək və erkən müdaxilə üçün mütəmadi pediatrik müayinələr vacibdir. Bu müayinələr zamanı boy, çəki, reflekslər və ümumi sağlamlıq göstəricilərini yoxlayır və məlumatlandırıram.
Ətraflı

Qulaq şəkilləndirmə

Qulaq şəkilləndirmə proseduru ilə körpənizin deformasiyaya uğramış qulağını düzəldirəm! Bu prosesi körpənin ilk 2 ayında əməliyyatsız, ağrısız bir formada silikon qəlibləmə aparatı vasitəsilə həyata keçirirəm.
Ətraflı
FAQ

Tez-tez verilən suallar

Sualınız var?
Bizə yazın
Əlaqə saxlayın
  • Uşağınızın inkişafını izləmək və sağlamlığını qorumaq üçün müntəzəm müayinələrə gəlməyiniz vacibdir. Bundan əlavə, hər hansı bir xəstəlik, narahatlıq və ya dəyişiklik hiss etdikdə dərhal mənə müraciət edin.
  • Peyvəndlər uşağın yaşına və təyin olunmuş cədvələ əsasən tətbiq olunur. Övladınız üçün uyğun peyvənd cədvəlini öncədən təyin edirəm.
  • Uşağınızın yaşına uyğun düzgün qidalanma planı hazırlamağınıza kömək edirəm. Vitamin və mineralların balansını təmin etmək üçün müvafiq qida və pəhrizlər barədə də məlumat verirəm.
  • Əməliyyatsız qulaq şəkilləndirmə, qulaqların forma və ölçüsünü tənzimləmək üçün cərrahiyyə əməliyyatı etmədən tətbiq edilən qeyri-invaziv bir prosedurdur. Bu, xüsusi cihaz və metodla həyata keçirilir.
  • Əməliyyatsız qulaq şəkilləndirmə proseduru körpənin ilk 2 aylığına qədər tətbiq olunur. Ona görə erkən müraciət etməlisiniz.
Necə işləyir

Müraciətdən tövsiyəyə — sadə və aydın

01

Əlaqə saxlayın

Telefonla və ya əlaqə forması vasitəsilə müraciət edin.
02

Müayinə

Övladınızın ümumi sağlamlıq vəziyyətini qiymətləndirir, suallarınızı cavablandırıram.
03

Tövsiyələr

Ən doğru baxım üsulları haqqında tövsiyələr verirəm.
Dr. Emiliya Əfəndiyeva
Valideynlərin rəyləri
Rəylər

Sizin güvəniniz mənim uğurumdur

Emiliya xanım o qədər mehriban və peşəkardır ki, uşağım müayinələrdə heç vaxt qorxmur. Hər yoxlanışdan sonra rahat oluruq, çünki həkimimiz hər detalı izah edir.
Nərmin Səfərova /
Evdar qadın
Uşağımın qulaq forması ilə bağlı narahat idik, amma əməliyyatsız bu problemi həll etdik. Proses çox rahat keçdi, Emiliya xanım hər şeyi ətraflı izah etdi. İndi qızımın qulaq forması mükəmməldir! Çox təşəkkür edirəm.
Leyla Əfəndiyeva /
Müəllim
Oğlumun anidən qızdırması qalxdığı zaman Emiliya xanıma müraciət etmişdim. Bizi dərhal qəbul etdi və uşağımın səhhətini qaydaya saldı.
Aygün Məhəmmədəliyeva /
Evdar qadın
Peyvəndlərlə bağlı çox narahat idik və yoldaşımla birlikdə müəyyən araşdırma etdikdən sonra Emiliya xanımın övladımız üçün uyğun pediatr olacağına qərar verdik və yanılmadıq. Emiliya xanıma qızımızın doğulduğu gündən etibarən pediatrı olduğu üçün təşəkkür edirik.
Rüstəm Həsənov /
Mühəndis
Emiliya xanıma dəfələrlə gecə vaxtlarında zəng vurmuşam və həmişə mənim bütün suallarıma cavab verib. Onun doğru istiqamətləndirməsi ilə uşağımın narahatlığını aradan qaldıra bilmişəm.
Aytac Nəsibova /
Rəqəmsal marketoloq
Bloq

Valideynlər üçün faydalı yazılar