Media

Text version
Doktor, uşağım telefon olmadan yemək yemir. Nə edə bilərəm?

Bəli, çox təəssüf ki, ətrafımda, bəzən restoranlarda bunu şahid oluram. Bəzən valideynlər ya yeməyini bitirsin, ya sakit dursun deyə telefonu vermək məcburiyyətində qalırlar. Amma telefonla yemək yeyərkən körpələr yediyinin, ətraf mühitin, ailə ortamının, süfrə mühitinin fərqində olmurlar.

Hətta bəzi körpələrdə telefona baxaraq, planşetə baxaraq yemək, onlarda toxluq siqnallarının zəifləməsinə və bu da piylənməyə gətirib çıxarır. Telefonla yemək yeyən körpələr davamında da telefona, planşetə baxdığına görə onlarda bir müddət sonra telefon və planşet bağımlılığı əmələ gəlir.

Yəni telefon heç bir şəkildə həm yemək zamanı, həm normal həyatımızda real ünsiyyəti əvəz etmir. Ona görə körpənin iştahsızlıq durumu varsa, bunun altında yatan səbəblər araşdırılmalıdır. Onlarda aclıq zamanı tanınmalıdır. Aclıq və toxluq vaxtları nəzərə alınıb telefonla yemək yeməsini azalda bilərik.
Text version
Doktor, yaşından dolayı — məsələn, iki ayın üzərindəki körpələr çox müraciət olunur. Üç ayında, beş ayında, bir neçə yaşında qulaq forması, qulaq deformasiyaları pozulmuş olan uşaqlar nə zaman otoplastikaya, qulaq əməliyyatına müraciət edə bilərlər?

Qulaq bədən kimi böyüyən orqandır. 5 yaşdan sonra artıq çox da böyümür. Bu da dörd-beş yaşdır. Təxminən yetişkinlərin qulaq ölçüsünün 80–90%-inə dörd-beş yaşında çatmış olur. Ona görə o yaşdan sonra rahatlıqla əməliyyat edirik.

Hətta tövsiyəmiz odur ki, uşaq məktəbə getməmiş, onda kompleks yaranma ehtimalı sıfırkən bu əməliyyat olunsun ki, kompleks yaranmadan problemdən azad olsunlar. Lakin hər yaşda ola bilər. Yəni dörd-beş yaşdan sonra yetişkinlərə də edirik. Hətta orada artıq narkoz da vermədən, yerli keyitmə ilə bu əməliyyatı icra edirik.
Text version
Doktor, Məlhəm Hospital Azərbaycanda yeganə mərkəzdir ki, siz orada yeni doğulmuş uşaqların qulaq deformasiyalarını əməliyyatsız, qəlibləmə üsulu ilə müalicə edirsiniz. Bir az onun haqqında məlumat verə bilərsiniz — hər kəs üçün uyğundurmu, nə vaxt gəlsələr daha yaxşı olar?

Belə deyim: 15 günü tamamlamış körpələr. Əgər artıq bu günlərdə qulaq deformasiyası düzəlməyibsə, o zaman deməli, irəliki zamanlarda düzəlmə ehtimalı çox azalır. Ona görə bir ay keçməmiş müraciət etsələr daha düzgündür.

İki aya qədər zamanımız var — qulaq qığırdağı sərtləşməmiş. Biz ona silikon qəliblər yerləşdiririk və qulaq formasını normaya sala bilirik.

Attention, mums!

  • Paediatrics
  • YouTube
Text version
Doktor, tez-tez qulaq ağrısı şikayəti olan, orta qulaq iltihabı keçirən uşaqlarda yanaşmamız necə olur?

Orta qulaq infeksiyasının qarşısını almaq üçün uşaq mütləq ana südü ilə bəslənməlidir. İkincisi, peyvəndləri tam olmalıdır. Üçüncüsü, siqaret tüstüsündən uzaq durmalıdır. Bu üç əsas faktor önəmlidir.

Bir də irsi meyillilik var — onun heç bir şəkildə qarşısını ala bilmirik. Əgər uşağın infeksiya keçirməyə meyli varsa, artıq onun müalicəsi ilə məşğul olmalıyıq.

İkinci önəmli amil müalicənin düzgün aparılmasıdır: pediatr və LOR görməlidir, lazım olan dərmanı lazım olan müddətdə verməlidir, əmin olmalıdır ki, düzgün gedir. Bəzən də qulaq infeksiyasının tez-tez təkrarlanmasına səbəb burun əti olur. O zaman LOR müəyyən tədbirlər görür — burun ətinə, qulağa, ya da ikisinə birlikdə. Bundan başqa qulaq infeksiyasını önləmə şansımız olmur.
Text version
Doktor, körpələrdə hər gün dəniz suyu tərkibli burun damcısı istifadə etmək olarmı?

Bəli, heç bir problem yaranmır.

Bu dəniz suyu damcıları körpələrdə asılılıq yaradarmı?

Qətiyyən. Dəniz suyu təbiidir deyə heç asılılıq yaratmır. Asılılıq yaradan başqa dərmanlar var — burun şişkinliyini azaldan çox məşhur dərmanlar var, onlar da ayrı bir mövzudur.

Doktor, bir də bu istifadə etdiyimiz dəniz suyu damcıları, spreylər — valideynlər bunların qulağa axmasından narahat olurlar. Belə bir hal mümkündürmü?

Sprey və damcı çox axmaz, amma təzyiqli, həcmli olan yuma məhlulları var. Onlar çox təzyiqlə qulağa gedə bilər. O da faciə deyil.

Burun dəliklərini açmaq üçün, tıxanıqlığı aradan qaldırmaq üçün kərə yağından istifadə edirlər, soğan suyu tökülür, ana südü tökülür. Bunlar nə dərəcədə doğrudur?

Adi dəniz suyu, natrium-xlorid varsa, əlavə hər hansı bir şeyə ehtiyac yoxdur. Bəzən burun çox quru olur — biz özümüz də müəyyən yağlar, yağlı damcılar tövsiyə edirik. Soğan bir az acıdır, ona görə tövsiyə etmirik. Amma bir dəfəyə məxsus istifadə olunsa, artıq ziyanı olmaz.

Allah-Taala onsuz da bizi elə yaradıb ki, əgər uşağın burnu tıxanırsa, çoxlu ağlayır və göz yaşları kanalla burnun içinə gedir. O göz yaşı özü burnu yuyur.
Text version
Valideynlər körpələrin temperaturu yüksələn zaman nə vaxt parasetamol, nə vaxt ibuprofen verməli olduqları barədə tərəddüddə qala bilirlər.

Əgər körpənin temperaturu çox yüksək deyilsə, ağrısı çox deyilsə, bu zaman parasetamol tərkibli siropların verilməsi məsləhət görülür. Amma temperatur 39 dərəcədən yuxarıdırsa, çox toksikdirsə, ağrısı çoxdursa, əzələ ağrısı varsa, bu durumda temperaturun daha rahat salınması üçün — altı ayın üzərində olması şərtilə — ibuprofen tərkibli siroplar istifadə oluna bilər.

Bu iki dərman arasındakı ən önəmli fərqlərdən biri də odur ki, ibuprofenin ağrıkəsici və qızdırmasalıcı təsirindən əlavə iltihab əleyhinə təsiri var. Ona görə daha ağır durumlarda, daha ağır qızdırmalarda ibuprofen tərkibli siropların istifadə olunması məsləhət görülür.

Amma qeyd edək ki, əgər körpə ac qarnadırsa, altı ayın altındadırsa və ya dehidratasiya — susuz qalmış bir durumdadırsa, böyrəklər yüklənəcəyi üçün ibuprofen tərkibli dərmanlardan uzaq durmağımız məsləhətdir.
Text version
Doktor, reanimasiyaya düşən uşaqlarda ən çox müşahidə etdiyiniz gecikmə səbəbləri nələrdir?

Valideynlərimiz uşaqlarında olan bəzi dəyişikliklərə qarşı çox həssasdırlar. Məsələn, qızdırma olanda dərhal fərqinə varırlar və bəzən panikaya düşürlər. Amma təngnəfəslik mövzusunda belə deyil. Yəni uşağın tez-tez nəfəs alıb-verməsi və ya nəfəs alıb-verərkən qabırğalarına güc düşməsi — bunlar da önəmlidir. Bəzən bunları qaçıra bilirik, xüsusilə uşağın əynini soyundurmadığımız zaman görə bilmirik ki, uşaq qarnı ilə nəfəs alır.

Bir digər gözdən qaçırılan mövzu: bəzən uşağı xəstəlikdən yorğun düşmüş kimi dəyərləndiririk. Amma o sırada uşağın beyin qan dövranı pozulmuş olur və yuxuya meyli olur. Uşağı oyadırsan, oyanmır; kənardan verilən qıcıqlara qarşı reaksiyası zəif olur. Burada artıq xəstəni gecikdirdiyimiz hər dəqiqədə beyinə olan zədələnmə artır.

Uşağın iştahı azalır — az və ya çox miqdarda. Amma sidik çıxışı bundan daha çox azalır: uşaq faktiki olaraq sidik verməməyə başlayır. Bu da orqanizmdə olan qan dövranı pozuntusu nəticəsində böyrəklərin zədələnməsini göstərir. Bəzi hallarda bu gecikmə xəstənin dializə qədər getməsinə səbəb olur və bu gecikmələrin nəticəsində reanimasiyada bizim də işimiz çətinləşir, xəstəliyin sağalması uzanır.
Text version
Doktor, siz qulaq şəkilləndirmə ilə məşğulsunuz. Valideynlər uşaqlarının qulağında deformasiyanı aşkar etdiklərində istənilən yaş dövründə sizə müraciət edə bilərlərmi? Yoxsa bir yaş məhdudiyyəti varmı?

Təəssüf ki, yaş məhdudiyyətimiz var. Çünki körpələrdə iki aydan sonra qanda estrogen səviyyəsinin düşməsi ilə əlaqəli olaraq qulaq qığırdağı sərtləşməyə başlayır.

Tövsiyə olunan odur ki, əgər körpə 15 gündən böyükdürsə və siz qulaq deformasiyası müşahidə edirsinizsə, bu deformasiyanın öz-özünə düzəlməsi ehtimalı çox azdır. Ortalama bir ayında qulaq qığırdağı hələ yumşaq olduğu halda biz deformasiyanı düzəldə bilirik.

Yeni doğulmuş dövrün ilk günlərindən müraciət edə bilərlərmi, yoxsa mütləq ilk bir ay gözləsinlər?

Bəzi deformasiyalar var ki, öz-özünə düzələ bilir. Həm də bu dönəmdə körpənin sarılığı, əmmə adaptasiyası, göbəyin düşməsi prosesləri tamamlanmış olur. Ortalama 15-ci günündən sonra — hətta bəzi deformasiyalarda 10-cu gündən sonra belə — biz artıq silikon qəlibləməyə başlaya bilirik. Yaxşı olar ki, iki ay keçməmiş müraciət olunsun.
Text version
Doktor, xüsusilə yeni yeriməyə başlayan körpələrdə müşahidə edirik: düşmələr zamanı, müəyyən hündürlükdən düşmələrdə ya da digər travmalarda körpələrin başı müəyyən zədələr ala bilər. Hansı əlamətləri gördüyümüzdə mütləq həyati təhlükə düşünməliyik?

Ümumən kəllə-beyin travmalarında bizim üçün qırmızı siqnallar huşun pozulması, qıcolma tutmasının olması, yeriyərkən səndələmə kimi nevroloji simptomlardır. Əgər biz kəllədaxili qanaxmadan şübhələniriksə — ki, kəllə-beyin travmalarının ən önəmli ağırlaşması qanaxmalardır — bu zaman xəstələrin valideynləri bir ümumi cümlə deyir: «uşaq əvvəlki kimi deyil». Yəni bu onun oyanıqlığında da özünü göstərə bilər, hərəkətlərində də.

Bu zaman biz ən xırda bir dəyişiklikdə belə mütləq xəstəni xəstəxanaya çatdırmalıyıq və kompüter tomoqrafiyası çəkdirməliyik. Çünki adi rentgen müayinəsi travmanın şiddətini göstərə bilmir, MRT müayinəsi isə uzun çəkir. Qanaxmanın nəzarəti üçün mütləq kompüter tomoqrafiyasını görməyimiz lazımdır.

Və bunu təkcə yeni yeriməyə başlayan uşaqlarla məhdudlaşdırmamalıyıq. Çünki yol-nəqliyyat hadisəsi zamanı da eyni şeylər keçərlidir, ya da uşaq futbol oynayır, top başına dəyir — orada da keçərlidir. Ümumiyyətlə, bütün kəllə-beyin zədələnmələrində mütləq kəllədaxili travmaları inkar etməliyik.
Text version
Doktor, qulaq şəkilləndirmə proseduru nə qədər çəkir? Bu müddət ərzində, yəni silikon uşağın qulağında qaldığı müddətdə siz onu nəzarətə çağırırsınızmı? Prosedur bitdikdən sonra o uşaqlar yenidən sizin yanınıza gəlməlidirlərmi?

Bu müalicə müddəti ortalama dörd həftə çəkir, bəzən altı həftəyə qədər uzaya bilir. Mütləq hər həftə körpə yapışqanları və qəlibləri yoxlamaq üçün nəzarətə çağırılır. İki həftədən bir silikon qəliblər dəyişdirilir. Təbii ki, müalicə bitdikdən sonra artıq hər hansı bir müayinəyə ya da müalicəyə ehtiyac qalmır.

Sonradan bu deformasiya təkrarlana bilərmi, yoxsa bitir?

Müalicə müddətinin həmin sonrasında qulaq qığırdağında çox az ödem və qızartı olduğuna görə, şişkinlik və qızartı keçəndən sonra millimetrlik bir dəyişiklik müşahidə oluna bilər. Amma o müalicə müddətində aldığımız nəticə qalıcı olur.
Text version
Doktor, uşaqlarda xəstəliklər zamanı, xüsusilə xəstəliklərin ağırlaşmaları zamanı stasionarda adi şöbədə izləmə çox vaxt yetərli olur. Bəs hansı hallarda mütləq reanimasiyaya köçürmək şərtdir?

Əgər xəstənin müalicə əsnasında ürək döyüntüsü çox yüksəlirsə — yəni yaşa görə aralığın çox üzərinə çıxırsa — qan təzyiqi çox aşağı düşürsə və ya həddindən artıq yüksəlirsə, və ya xəstənin oksigen altında ikən belə təngnəfəsliyi yaranırsa, göyərməyə başlayırsa, süni tənəffüs aparatına ehtiyac yaranırsa, ya da xəstədə hər hansı bir nevroloji status inkişaf edirsə — bu, qıcolma da ola bilər, huşun pozulması ola bilər, yerişin dəyişməsi də ola bilər —

bu kimi hallarda biz mövcud olan xəstəliyin artıq yeni bir ağırlaşması ilə üz-üzə olduğumuzu düşünüb xəstəni mütləq reanimasiya şəraitinə köçürürük. Reanimasiya şəraitində biz palatadan fərqli olaraq müəyyən saatlardan bir deyil, hər saniyə izləmə altında tuturuq və etdiyimiz müalicə daha aqressiv olur.

Non-surgical ear shaping

  • Ear shaping
  • YouTube
Text version
Qulaq şəkilləndirmə aparatı nə qədər müddətə taxılmalıdır?

Qeyd edim ki, iki aya qədər olan körpələrdə qulaq qığırdağının elastikliyi hələ davam etdiyi üçün biz qulaq deformasiyası olan körpələrdə silikon qəlib yerləşdirərək körpənin qulağını normal hala gətirə bilirik.

Qulaq şəkilləndirmə aparatı körpədəki qulaq deformasiyasından asılı olaraq dörd-altı həftə müddətində körpənizin qulağını normal formaya gətirəcəkdir. Bu müalicə nə qədər erkən müddətdə başlayırsa, həm qalıcılıq müddəti, həm də müalicə effekti daha yüksək olur.
Text version
Qrip keçirən ana körpəsini əmizdirə bilərmi?

Qeyd edim ki, xüsusilə bu durumda ana südü anticisimlərlə zəngin olduğu üçün körpənizi qoruyacaq və körpənin bu xəstəliyi daha zəif keçirməsinə səbəb olacaqdır.

Sadəcə virus yükünü azaltmaq üçün hər baxımdan öncə, əmizdirmədən öncə əllərinizi tez-tez yumalı, maska taxmalı, otağın havasını tez-tez dəyişdirməlisiniz.

Qeyd edim ki, ana südü körpənizin ilk peyvəndidir. Ona görə xəstəlik keçirəndə, xüsusilə müalicə təyin olunarkən həkiminizlə məsləhətləşərək əmizdirməni davam etdirə bilərsiniz.
Text version
Doktor, xüsusilə qış aylarında poliklinika müraciətlərimizdə ən çox öskürək, burun axıntısı və xırıltı şikayətləri ilə rastlaşırıq. Biz hansı hallarda bu xırıltılarda astma düşünməliyik ya da narahat olmalıyıq?

Bəzən olur ki, öncəsində hər hansı bir şikayət olmadan, üç yaşın üzərindəki daha böyük uşaqlarda anidən xırıltılı öskürək halları görə bilirik.

Ümumiyyətlə, üç yaşa qədərki uşaqlarda xırıltılar çox rast gəlinir. Bu xırıltıların sayına xüsusi diqqət etmək lazımdır. Bu xırıltı üç yaşa qədərki dövrdə, ya da üç-altı yaş, altı yaşdan sonra da qalıcılıq yarada bilər.

Sayı üçdən çoxdursa — bir qış dönəmində uşaq üç dəfədən çox xırıltı atağı səbəbi ilə inhalyasiya müalicəsi alırsa — və ya uşağın ailəsində, ata-anasında allergik astma, allergik xəstəlik varsa, uşağın körpəlik dönəmində atopik dermatit hekayəsi varsa, bu əlamətlər risk faktoru yaradır.

Sonrakı dövrdə, dörd-altı yaş dönəmində bu uşaqlarda xırıltı qalırsa, hava allergenlərinə həssaslığı təyin edirik. Yəni dəri testləri və ya qanda allergiya testlərinə görə biz bu xəstənin irəlidə astma olub-olmayacağını təsbit etmiş oluruq. Ona görə də müalicəsini planlamış oluruq.
Text version
Qulağa silikon qəlib taxmaq uşağa hər hansı bir narahatçılıq verərmi?

Qulaq qıvrımı deformasiyaları silikon qəlib yerləşdirməklə aradan qaldırıla bilər. Sadəcə taxma zamanı əgər körpənin yuxusu gəlirsə, acdırsa, biz ona narahatlıq verdiyimiz üçün prosedur zamanı ağlaya bilərlər. Bəzi körpələr isə prosedurun başından sonuna qədər yata bilirlər, tam rahatlıqla keçirə bilirlər.

Xüsusilə əgər yaşı 15–20 günlükdürsə, bir ayından balacadırsa, qulaq qığırdağı daha yumşaq, daha elastik olacağı üçün qəliblər hər hansı bir narahatçılıq, ağrı verməyəcək.

Amma bir ayından böyük, iki ayına doğru olan körpələrdə isə silikon qəlibin təzyiq izlərinə bağlı sıyrıntılar, qızartı, ödem, kiçik irinli yaralar görə bilirik. Amma bunlar qısa müalicələrlə asanlıqla aradan qaldırıla bilir.
Text version
Göbəyin dibində baxın — göbək düyünümüz var. Göbəyi üç gün olar. Yəni biz bunu gümüş-nitrat çubuğu ilə yandırmasaq, burada daim maye, infeksiya qaynağı olur.

Baxın, belə bir çubuqdur. Dəriyə dəyməyəcək — bu şəkildə, qələm kimi çəkirik. Ağrıtmır, burada sinir olmadığına görə heç bir narahatçılığı yoxdur.
Text version
Bütün uşaqlara balıq yağı vermək vacibdirmi? Bu sual bizə tez-tez verilir.

Belə ki, balıq yağı omeqa-3 yağ turşularının ən zəngin mənbəyidir. Bildiyimiz kimi, xüsusilə uşaqlarda göz, sinir sistemi və immun sistemin inkişafı üçün omeqa-3 çox vacibdir.

Omeqa-3-ü təbii qidalarla — balıqla: somon, forel, xamsi kimi, civə ilə zəhərlənmə riski az olan xüsusilə kiçik balıqlarla, bundan başqa qoz, yumurta və başqa qidalarla almaq olar.

Amma əgər körpə bir yaşın üzərindədirsə, iştahı zəifdirsə, həftədə ən az iki-üç dəfə balıq qəbul etmirsə və tez-tez xəstələnirsə, onlara qida əlavəsi şəklində balıq yağı vermək olar. Payız-qış fəslində həkim göstərişi ilə, uşağın çəkisinə və yaşına uyğun dozada olacaq şəkildə başlamaq lazımdır.
Text version
Valideynlər tez-tez «körpəmə masaj etməliyəmmi, nə zaman başlamalıyam» kimi suallar verirlər. Amma bəzən valideynlər masajla fiziki reabilitasiyanı, fizioterapiyanı eyniləşdirirlər. Halbuki bunlar tamamilə fərqli anlayışlardır.

Qeyd edim ki, masajı körpəyə qayğının bir hissəsi kimi — əzələlərin yumşalması, rahatlaması, qan dövranının yaxşılaşması, qazın çıxmasına kömək edən bir vasitə kimi — istifadə etmək olar.

Əgər körpəmizdə tonus pozğunluğu, hərəkət məhdudluğu, nevroloji inkişafında bir problem varsa, o zaman bizə fizioterapiya, fiziki reabilitasiya kömək edəcəkdir.

Ona görə demək istəyirəm ki, əgər körpənizin inkişafı sağlamdırsa, gündəlik masaj yetərli olacaqdır.
Text version
Valideynlər çox vaxt bunu bilmir: qulaq forması doğulduqdan sonrakı ilk günlərdə dəyişdirilə bilər.

Belə ki, yeni doğulan körpənin qulaq qığırdağı doğulduğunda yumşaq olur. Bu da bizə qəlibləmə metodu ilə qulaq formasını dəyişdirməyə imkan verir. İlk dörd-altı həftə ərzində qulağa silikon qəlibləmə aparatı taxdığımızda, biz ona istədiyimiz formanı verə bilirik.

Amma sonrakı aylarda qulaq qığırdağı sərtləşdiyi üçün, təəssüf ki, bunu edə bilmirik.

Əgər ilk həftələrində olan körpəniz varsa və qulaq forması sizi narahat edirsə, onun formasını dəyişdirmək üçün bizə müraciət edə bilərsiniz.
Text version
Uşağımız tez-tez xəstələnirsə, bu həmişə zəif immunitet demək deyil.

Belə ki, əgər körpəmizdə müəyyən mikroelementlərin — dəmir, sink, D vitamini — çatışmazlığı varsa, bu, körpəmizin immunitetinin zəifləməsinə və müdafiəsiz qalmasına səbəb olacaqdır.

Bundan başqa, əgər düzgün qidalanma və yuxu rejimi yoxdursa, qidalanmamızda hazır qidalar və şəkərli qidalar daha çox yer alırsa, bu da təbii ki, immunitetin zəifləməsinə və tez-tez xəstələnməyə səbəb olacaq.

Əgər uzun müddət keçməyən öskürək, ayda bir neçə dəfə xəstələnmə, hərarətin yüksəlməsi varsa, altda yatan allergiya, qulaq-burun-boğaz xəstəlikləri də ola bilər.

Və ən təbii hallardan biri də odur ki, uşaqlarımız məktəbə, bağçaya gedirsə, təbii ki, orada daha tez-tez virus infeksiyaları ilə qarşılaşacaqdır. Ona görə altda yatan səbəbləri araşdırmaq üçün mütləq pediatrınızla məsləhətləşin.
Text version
Valideynlər çox vaxt bunu bilmir: qulaq forması doğulduqdan sonrakı ilk günlərdə dəyişdirilə bilər.

Belə ki, yeni doğulan körpənin qulaq qığırdağı doğulduğunda yumşaq olur. Bu da bizə qəlibləmə metodu ilə qulaq formasını dəyişdirməyə imkan verir. İlk dörd-altı həftə ərzində qulağa silikon qəlibləmə aparatı taxdığımızda, biz ona istədiyimiz formanı verə bilirik.

Amma sonrakı aylarda qulaq qığırdağı sərtləşdiyi üçün, təəssüf ki, bunu edə bilmirik.

Əgər ilk həftələrində olan körpəniz varsa və qulaq forması sizi narahat edirsə, onun formasını dəyişdirmək üçün bizə müraciət edə bilərsiniz.
Text version
Uşağımız xəstələndi — valideynlərimizin çoxu dərhal antibiotik müalicəsi düşünür.

Qeyd edim ki, xüsusilə üç yaşdan kiçik uşaqlarda yuxarı tənəffüs yolu infeksiyalarının əsas səbəbi virus mənşəli infeksiyalardır və bu halda istifadə olunan antibiotik heç bir təsir göstərmir.

Əksinə, antibiotiklərin yersiz istifadəsi uşaqlarda bağırsaq florasının pozulmasına, allergiyanın artmasına, hətta immunitetin zəifləməsinə və bu halda başqa mikroblara qarşı açıq hala gəlməsinə səbəb olacaqdır.

Ona görə də pediatrınız körpənizi müayinə edərək və müəyyən analizlər təyin edərək, ehtiyac halında antibiotik başlayacaqdır. Yəni antibiotik düzgün diaqnozla, düzgün dozada və uyğun müddətdə verildikdə ancaq faydası olacaqdır.

Ear shaping

  • Ear shaping
  • YouTube